Naxçıvana qanunsuz keçirilən dərman preparatları aşkar edildi

Naxçıvana qanunsuz keçirilən dərman preparatları aşkar edildi
SOSİAL
17:48 07.04.2023
144
Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə AZXEBER.COM-a Dövlət Gömrük Komitəsindən bildirilib. Belə ki, Baş İdarənin "Sədərək" gömrük postunda Türkiyədən ölkəmizə gələn "Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Yoxlama zamanı vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsinin yük hissəsindən gömrük orqanına bəyan etmədiyi 74 adda 2480 qutu müxtəlif dərman preparatları aşkar edilib.
OXŞAR XƏBƏRLƏR