Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
SOSİAL
23:56 14.03.2026
194
Naxçıvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə Naxçıvan Ordubad magistral yolunun 30-cu kilometrliyində qeydə alınıb. Belə ki, 72-BF-530 dövlət qeydiyyat nişanlı "Renault Megane" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
Qəza nəticəsində Ramin Əliyev, Nəcibə Əliyeva, Sevinc Əliyeva və Aysel Əliyeva xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.