Naxçıvanda avtomobil yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırıb

Naxçıvanda avtomobil yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırıb
HADİSƏ
22:58 14.05.2025
428
Naxçıvanın Cəhri-Buzqov avtomobil yolunun 15-18-ci km-lik hissəsində güclü yağışlar nəticəsində qaya parçalarının yolun hərəkət hissəsinə düşməsi nəqliyyatın hərəkətində məhdudiyyətlərə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı "Naxçıvan Avtomobil Yolları” Dövlət Agentliyinin texnika və canlı qüvvəsi əraziyə cəlb olunub.

Hazırda avtomobillərin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə yolda təmizləmə və bərpa işləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR