Naxçıvanda dönərdən zəhərlənənlər evə buraxılıb

Naxçıvanda dönərdən zəhərlənənlər evə buraxılıb
HADİSƏ
19:41 22.03.2025
273
Naxçıvanda dönərdən zəhərlənən 6 nəfər evə buraxılıb.

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin növbətçi həkimi Nəzmin Allahverdiyeva deyib.

O qeyd edib ki, Mərkəzə Naxçıvan şəhərində fəaliyyət göstərən kafelərdən birində dönərdən zəhərlənən bir neçə nəfər daxil olub. Onlardan üçü azyaşlı olmaqla 6 nəfər ürək bulanmadan, qusmadan şikayət edib.

Xəstələr tibbi yardımlardan sonra evə buraxılıb.
OXŞAR XƏBƏRLƏR