Naxçıvan şəhərindəki hərbi hissələrin birində yanğın baş verib.
AZXEBER.COM-un məlumatına görə, hadisə hərbi hissənin çörək sexində qeydə alınıb.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri və polis əməkdaşları hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.








































