Naxçıvanda "Hyundai" aşdı, 6 nəfər yaralandı - FOTO

Naxçıvanda "Hyundai" aşdı, 6 nəfər yaralandı - FOTO
HADİSƏ
11:42 23.05.2026
330
Naxçıvanda ağır yol qəzası olub.

AZXEBER.COM xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun Babək rayonu Çeşməbasar ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Əlizadə Nail İlham oğlu, Vəliyev Şahin Elxan oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlu yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. Yaralılardan 4-ün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR