Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb - FOTOLAR

Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb - FOTOLAR
İDMAN
12:14 16.09.2026
1141
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK”nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK” turnirin ilk qalibi adını qazanıb.

AZXEBER.COM xəbər verir ki, sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasında keçirilmiş final qarşılaşması Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Cahan MFK” və "Prestij MFK” arasında həlledici görüş gərgin və bolqollu mübarizə şəraitində keçib.

Qələbə sayəsində "Prestij MFK” eyni zamanda Azərbaycan Minifutbol Federasiyasının təşkil etdiyi 2026/2027 mövsümü Azərbaycan Çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.

Final qarşılaşmasından sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti Arif Xudiyev və digər rəsmi qonaqlar iştirak ediblər.

Mükafatlandırma mərasimində turnirin qalibi "Prestij MFK”ya kuboku Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib.
Qeyd edək ki, 14 iyul – 15 sentyabr tarixlərini əhatə edən turnir Azərbaycan Minifutbol Federasiyası (AMF) və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə keçirilib. Uzunoba Təlim-Məşq Bazasında təşkil olunan yarışda 20 komanda mübarizə aparıb, qarşılaşmalar yerli hakimlər tərəfindən idarə olunub.

Turnirin üçüncü yeri uğrunda görüşdə "XOK MFK” texniki qələbə qazanaraq bürünc medala sahib olub.

Yarışın yekunlarına əsasən fərdi nominasiyalar üzrə də qaliblər müəyyənləşib. "Araz Naxçıvan”ın üzvü Bilal Nağıyev turnirin ən yaxşı qapıçısı, "Cahan MFK”nın futbolçusu Əsgər Əsgərov ən yaxşı oyunçusu, Samir Kərimov isə ən məhsuldar futbolçusu seçilib.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Haber Global": 44 gündə yazılan dastan - Video
22:58 07.11.2026
"Haber Global": 44 gündə yazılan dastan - Video
"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
22:52 07.11.2026
"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
22:41 07.11.2026
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
22:30 07.11.2026
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
22:19 07.11.2026
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
22:11 07.11.2026
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
21:59 07.11.2026
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
21:50 07.11.2026
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
Ronaldo tarix yazdı
21:43 07.11.2026
Ronaldo tarix yazdı
Anasının qəbrinin yanında meyiti tapıldı
21:35 07.11.2026
Anasının qəbrinin yanında meyiti tapıldı
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
21:25 07.11.2026
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
21:15 07.11.2026
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
21:06 07.11.2026
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
20:58 07.11.2026
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
20:51 07.11.2026
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
20:43 07.11.2026
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb