Viktor Osimhen əməliyyat olundu

Viktor Osimhen əməliyyat olundu
İDMAN
17:26 07.11.2026
38

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Osimhen əməliyyat olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Nigeriyalı hücumçu UEFA Çempionlar Liqasında "Ştutqart"la matçda sol dizindən zədə alıb. Aparılan maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi zamanı futbolçunun dizində sərbəst fraqment aşkarlanıb. Bu səbəbdən Osimhen bu gün İstanbulda klubun həkimi Yener İncə tərəfindən artroskopik əməliyyat olunub. Klub müdaxilənin uğurla başa çatdığını açıqlayıb.

Futbolçunun vəziyyəti gündəlik qiymətləndiriləcək, müalicəsi isə klubun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR