2025-ci il mayın 21-də Naxçıvan şəhərində Milli Kibertəhlükəsizlik Mərkəzinin təşkilatçılığı və "Caspel” MMC-nin əsas tərəfdaşlığı ilə "Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Kiber Suverenlik” konfransı keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, konfransın təşkilində məqsəd ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən müvafiq qurum, təşkilat və şirkətlərin nümayəndələri ilə birgə müzakirələrin aparılmasıdır.
100-dən çox iştirakçının qatılacağı tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində dövlət qurumlarının rəhbər şəxslərinin, tanınmış yerli ekspertlərin və aparıcı İT şirkətlərinin rəhbər vəzifəli nümayəndələrinin çıxışları dinləniləcək. Həmçinin "Kiber suverenlik və dövlət təhlükəsizliyi”, "Kibertəhlükəsizlik sahəsində kadr potensialı”, "Kritik informasiya infrastrukturunun təhlükəsizliyində milli həllər və yerli şirkətlərin rolu” mövzularında panel müzakirələri təşkil olunacaq.