Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb

Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
SOSİAL
23:04 26.09.2026
136
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb.

AZXEBER.COM "Report"a istinadla xəbər verir ki, hadisə Kəngərli rayonunun Qarabağlar kəndində baş verib.

Belə ki, mübahisə zəminində 1971-ci il təvəllüdlü İbrahim Əli oğlu Əliyev həyat yoldaşı, 1973-cü il təvəllüdlü Adilə Sabir qızı Ağayevanı və baldızı, 1977-ci il təvəllüdlü Ruhiyə Sabir qızı Quliyevanı bıçaqlayıb.

Yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR