Naxçıvanda kişi yanacaqdoldurma məntəqəsində öldü

Naxçıvanda kişi yanacaqdoldurma məntəqəsində öldü
SOSİAL
13:34 30.11.2025
113
Naxçıvan şəhərində yanacaqdoldurma məntəqəsində kişi ürək tutmasından dünyasını dəyişib.

Şəhərdə yerləşən yanacaqdoldurma məntəqələrinin birində Naxçıvan şəhər sakini, 1954-cü il təvəllüdlü Şahbazov Elbrus Səməd oğlu avtomobilinə yanacaq doldurarkən özünü pis edib.

Daha sonra onun vəfat etdiyi məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, E. Şahbazovun ölümünə ürək tutması səbəb olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR