Naxçıvanda müəllimlərin işə qəbulu imtahanları keçirilir

Naxçıvanda müəllimlərin işə qəbulu imtahanları keçirilir
SOSİAL
15:19 26.12.2022
123
Naxçıvanda müəllimlərin işə qəbulu imtahanları keçirilir.

AZXEBER.COM Report-a istinadla xəbər verir ki, test imtahanlarında hər bir namizədə 60 sual, tapşırıqların yerinə yetirilməsi üçün isə 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir.

Səhv cavablar düzgün cavablara təsir etmir. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.

İmtahan bitdikdən dərhal sonra namizədə "Test imtahanının nəticəsi haqqında arayış” verilir və müsabiqənin nəticələri Mərkəzin internet portalında yerləşdirilir. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplayan müvafiq vəzifəyə təyin olunacaq.

Qeyd edək ki, müsabiqəyə ən çox Şərur (42) və Ordubad (20) rayonlarından olmaqla, ümumilikdə 132 vakant vəzifə çıxarılıb. 488 namizədin sənəd təqdim etdiyi müsabiqədə daha çox müraciət Babək (117), Şərur (107) rayonları və Naxçıvan şəhərindən (90) çıxarılan vakant vəzifələr üzrə olub. Ayrı-ayrı ixtisaslara nəzər saldıqda isə ən sıx müsabiqə vəziyyəti Azərbaycan dili və ədəbiyyat (79), tarix (57) və təsviri-incəsənət (57) müəllimliyi üzrə qeydə alınıb. Müsabiqəyə ən çox vakant vəzifə isə kimya (20), fizika (18) və rus dili müəllimliyi (15) ixtisasları üzrə çıxarılıb.

Test imtahanları dekabrın 29-na qədər davam edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
15:53 04.08.2025
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
15:33 04.08.2025
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?