Naxçıvanda onlayn kazino işlədən qız tutuldu

Naxçıvanda onlayn kazino işlədən qız tutuldu
SOSİAL
10:36 11.03.2026
145
Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələr üzərindən qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə şübhəli bilinən 26 yaşlı Nərmin İsmayılzadə saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, o, xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar və idman mərc oyunlarının keçirildiyi "Chcplay1”, "Fastloto365” və "Fastlotoclub” adlı internet saytlarının təşkilatçıları ilə əlaqə yaradaraq həmin platformalarda iştirak hüququ verən onlayn link və kodlar əldə edib, bu məqsədlə virtual kassa sistemi qurub.

N.İsmayılzadə sosial şəbəkələrdə yaratdığı "Perfectkazino” adlı səhifə vasitəsilə müxtəlif şəxsləri onlayn ödənişlər müqabilində qanunsuz kazino və mərc oyunlarına cəlb edib.

Onun üzərindən və istifadə etdiyi texniki vasitələrdən elektron sübutlar, həmçinin qanunsuz fəaliyyət zamanı istifadə etdiyi bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı həmin pul köçürmələrinin bir hissəsinin ailə üzvlərinin adına olan bank kartları vasitəsilə həyata keçirildiyi də müəyyən edilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR