Naxçıvanda reseptsiz antibiotik satışına qadağa qoyulur

Naxçıvanda reseptsiz antibiotik satışına qadağa qoyulur
SOSİAL
15:36 09.06.2023
809
Naxçıvan Muxtar Respublikasında reseptsiz antibiotik satışına qadağa qoyulacaq.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən antibiotiklərin apteklərdə reseptsiz satılmasının qadağan olunması, bu məsələnin tənzimlənməsi istiqamətində tədbirlər görülür.

Bununla bağlı, bu gün nazirlik tərəfindən konfrans keçiriləcək. Konfransın gündəliyinə antibiotiklərin aptek şəbəkəsində reseptsiz satılmasının birmənalı şəkildə qadağan olunması, dərman preparatlarının yalnız resept əsasında satılması məsələsi daxil edilib.
OXŞAR XƏBƏRLƏR