Bu imtahanda mayın 17-də keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar mayın 23-dək Dövlət İmtahan Mərkəzinin saytındakı keçid vasitəsilə imtahanda iştirak üçün qeydiyyatdan keçə bilərlər.
AZXEBER.COM "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Naxçıvanda normal qaydada 2 dəfə - fevralın 15-də və mayın 17-də imtahan keçirildiyi bildirilib. İyunun 14-də keçiriləcək imtahanda bütün bakalavrların (mayda imtahan verməli olan) iştirakına icazə verilsə də, bu, məcburi xarakter daşımır. Bakalavrlar yalnız istədikləri təqdirdə iyunun 14-də olacaq imtahana yazıla bilərlər.
Qeyd edilib ki, Muxtar Respublika ərazisində keçirilən imtahana qatılan tələbələr istədikləri təqdirdə Bakıda yenidən imtahan verə bilərlər.











































