"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert

"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
SOSİAL
18:33 04.06.2026
120
Azərbaycan Mərkəzi Bankının İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlının sözlərinə görə, statistik göstəricilər göstərir ki, ölkədə maliyyə dələduzluğu qurbanları arasında qadınlar, xüsusilə də yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir.

AMB rəsmisinin qeyd etdiyi kimi, dələduzluq qurbanları arasında qadınların üstünlük təşkil etməsinin əsas səbəbləri nədir?

AZXEBER.COM xəbər verir ki, Hüquqşünas Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, ümumilikdə, dünyada da qadınların, xüsusilə yaşlı qadınların kiberdələduzluğun daha çox qurbanı olması müşahidə olunur:

"Dəqiq faiz nisbəti barədə fikir bildirmək çətindir, lakin ehtimal etmək olar ki, bizdə də bu göstərici yüksəkdir".
 
Əkrəm Həsənov deyib ki, bu statistikada qadınların çox olmasının da bir neçə səbəbi var:

"Əsas səbəblərindən biri bilik və savad səviyyəsidir. Bu gün ölkəmizdə bir çox qadın, xüsusilə evdar qadınlar kiberdələduzluğun qurbanına çevrilirlər. Çünki onlar işləməyib, təhsilləri və kifayət qədər bilikləri yoxdur. Xüsusi ilə hazırda Azərbaycan qadınları biliklərini "TikTok" və "İnstagram"dan götürür. Bunu uzağa getmədən öz yaxınlarımdan, qohumlarımdan, tanışlarımdan görürəm ki, bütün günü sosial şəbəkədədirlər. Hər şeyi ordan öyrənirlər. Lakin həmin platformalarda yayılan məlumatların hamısı etibarlı deyil və bu da yanlış biliklərin formalaşmasına səbəb ola bilər. Azərbaycanda təhsil problemi var. Xalqımız son illərdə xeyli geriləyib. Diplomluların sayı artsa da, fundamental təhsil yoxdur. Azərbaycanda orta hesabla kişilər qadınlardan daha savadlıdır".
 
Həmsöhbətimiz ikinci amil kimi isə emosionallığı vurğulayıb:

"Qadın daha çox emosiyaya məruz qalır. Onları emosiya ilə daha çox manipulyasiya edirlər. Bu da kişi ilə qadının əsas fərqidir. Kişi daha çox rasional düşünə bilir. Və ağlı ilə cavab verə bilir ki, necə ola bilər kimsə mənə bu qədər pul versin? Amma qadın istənilən halda maddi nemətlərə kişidən daha çox hərisdir. Kişiyə həyatda az şey, qadına isə daha çox lazımdır. Buna görə də qadınları bu istəklərindən də monupulyasiya edirlər. Buna görə də qadınlar, xüsusi ilə də yaşlı və pensioner qadınlar daha tez aldadılır. Onların arasında maarifləndirmə işləri aparılmalıdır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
19:31 04.06.2026
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
19:19 04.06.2026
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
18:56 04.06.2026
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı