Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb

Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
HADİSƏ
21:44 25.05.2025
337
Naxçıvan-Batabat yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər xəsarət alıb.

Hadisə Babək rayonunun Biçənək kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Babək rayonunun Şəkərabad kənd sakinləri – 2014-cü il təvəllüdlü Vəliyev Fərhad Ceyhun oğlu, 2005-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızı, 2004-cü il təvəllüdlü Zeynalova Surə Zeynal qızı, 2003-cü il təvəllüdlü Həsənov Nihad Həsən oğlu və 2002-ci il təvəllüdlü Vəliyev Fərahim Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
 
/APA
OXŞAR XƏBƏRLƏR