Naxçıvanda yol qəzasında 4 yaşlı uşaq öldü

Naxçıvanda yol qəzasında 4 yaşlı uşaq öldü
SOSİAL
13:20 29.10.2017
1058

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol qəzası baş verib.

Kəngərli rayonunun Qıvraq qəsəbəsində "VAZ 2107” markalı avtomobil yola çıxmış 4 yaşlı oğlanı vurub. Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, qəzaya azyaşlının nəzarətsiz qalması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

///Lent.az
OXŞAR XƏBƏRLƏR