Naxçıvanda yük avtomobili yanaraq yararsız hala düşüb

Naxçıvanda yük avtomobili yanaraq yararsız hala düşüb
HADİSƏ
08:51 21.07.2025
232
Naxçıvanda iri tonnajlı yük avtomobili partlayaraq yanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Naxçıvan Hava Limanı ərazisinə yaxın hissəsində baş verib.

Belə ki, hərəkətdə olan bitumla dolu TIR-da anidən yanğın yaranıb və avtomobil partlayıb.

Dərhal hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi, həmçinin polis əməkdaşları cəlb olunub.

Avtomobilin çox hissəsi yanaraq yararsız hala düşüb.
OXŞAR XƏBƏRLƏR