Naxçıvandakı qəzada biri azyaşlı olmaqla 3 nəfər öldü

Naxçıvandakı qəzada biri azyaşlı olmaqla 3 nəfər öldü
SOSİAL
14:09 21.02.2020
1662
Naxçıvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza fevralın 20-də saat 12 radələrində qeydə alınıb. 

Babək rayon sakinləri N.Rəhimovun idarə etdiyi "VAZ-21074” və Ə.Məmmədovun idarə etdiyi "QAZel” markalı avtomobillər toqquşub. 

Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdiriliblər. Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb.

Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR