Naxçıvandan Bakıya uçuşun vaxtı açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, ilk uçuş iyunun 18-də saat 12:00-da baş tutacaq.
Bunu AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.
Həmin gün saat 15:00-da ikinci uçuş həyata keçiriləcək.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə bildirib ki, Naxçıvandan gələn sərnişinlər hava limanında tibbi müayinədən keçirildikdən sonra ev karantininə göndəriləcək.