Naxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLAR

Naxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLAR
SOSİAL
20:28 29.12.2024
549

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr  2023-cü il tarixli Sərəncamına müvafiq olaraq dekabrın 25-də Bakı şəhəri, Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbi ilə Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbi arasında virtual körpü yaradıldı. Bu körpü dəyirmi masa şəklində təşkil olundu.
 
İlk öncə Azərbaycan Dövlət Himni səsləndirildi. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin tarix müəllimi Təranə Cəbiyeva XX əsrin əvvəllərində Naxçıvanda baş verən hadisələr haqqında məlumat verərək qeyd etdi ki, "Çar Rusiyası və Qacarlar dövləti arasında 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay sülh müqavilələri bağlandı. Bu müqavilələr həm Çar Rusiyası,  həm də xain ermənilər tərəfindən Azərbaycanın tarixi torpaqlarının işğalına yol açdı. Azərbaycan iki yerə parçalandı, əzəli torpaqlarımızda ermənilərin yerləşdirilməsi və dövlət yaratmaları üçün şərait yarandı. Türkmənçay müqaviləsindən sonra təkcə 1830-cu ildə Naxçıvana 12.555 nəfər erməni köçürüldü.”  Sonra Təranə Cəbiyeva naxçıvanlı diplomat Behbud ağa Şahtaxtinskinin Moskvada, Rusiya-Türkiyə danışıqlarında iştirak etdiyini, Naxçıvanın Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, muxtariyyət statusunun verilməsinə də təsir göstərdiyini söylədi.

IX  b sinif şagirdləri Y.Cabbar  və A.Abdullayeva Naxçıvan Muxtar Respublikasının 100 illik tarixini vərəqlədilər. Tarix boyu Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan torpağına xain qonşularımızın göz dikməsindən, çar Rusiyasının və Sovet imperiyasının köməyi ilə Naxçıvana qarşı düşmənlərimizin qərəzli iddialarından və 1990-cı illərdə Naxçıvanın Ermənistan tərəfindən blokadaya alındığı günlərdə Ulu Öndər Heydər Əliyevin qətiyyətlə Naxçıvanı mürəkkəb, çətin və siyasi şəraitdə xilasından danışdılar.
 
Qeyd olundu ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun tərkibində xidmət edən Naxçıvanın cəsur oğulları  Qarabağ torpağını erməni faşistlərindən azad edilməsində qəhrəmanlıq göstərmişdilər. Şagirdlərdən M.Paşayeva, N.Abdullayeva 100 illik yubileyini qeyd etdiyimiz Naxçıvana həsr olunan şeirləri coşqu ilə söylədilər. X b sinif şagirdi S.Məmmədzadə isə "Qarabağ” mahnısını oxudu.

Görüşün növbəti hissəsində Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin tarix müəllimi Cəmşid Məmmədovun şagirdləri Naxçıvanın tarixindən söhbət açdı. Şagirdlərdən G.Xəlilova, D.İsayeva, F.İsmayılova, N.Bənənyarlı, F.Kazımova, Ü.Qafarov, N.Süleymanlı çıxış edərək, paytaxtı Naxçıvan olan Atabəylər dövləti və XI-XIII əsrlərin memarlığı, Naxçıvan xanlığı, ermənilərin törətdiyi soyqrımlar,  müstəqilliyimiz, Sədərək döyüşləri haqqında geniş məlumat verdilər. Naxçıvanın 100 illik yubileyinə A.Məmmədli "Naxçıvan”  şeirini, A.Məmmədli isə "Barı Naxçıvan” mahnısını ərməğan etdi.
Dəyirmi masanın sonunda Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova çıxış edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Məktəblərdə Naxçıvan ayı” lahiyəsini yüksək dəyərləndirdi. Günay Novruzova 226 nömrəli tam orta məktəbin rəhbərliyinə təşəkkür edərək, Dəyirmi masada iştirak edən şagirdlərə dərslərində uğurlar arzuladı. 


Təranə Cəbiyeva Bakı şəhəri, Suraxanı rayonu
226 nömrəli tam orta məktəbin tarix müəllimi
  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu