“Naxçıvanın silah-sursatı bütövlükdə Ermənistanın silah və texnika arsenalından güclüdür”
SOSİAL
01:05 03.06.2016
1419
Hərbi ekspert: “Bizim Naxçıvanda olan silah-sursatımız Ermənistanın bütövlükdə ordusunda olan silah və texnika arsenalından həm keyfiyyətinə, həm də parametrlərinə görə çox-çox güclü və üstündür”.Bu sözləri NAXCİVANXEBERLERİ.COM-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərli bildirib.Xatırladaq ki, aprel ayında baş verən dördgünlük müharibədən sonra erməni mətbuatında ermənilərin Naxçıvanla sərhəd kəndləri boşaldıb əhalinin köçürülməsi ilə bağlı məlumatlar yayılmışdı. Eyni zamanda dördgünlük müharibə zamanı Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu AŞPA-dakı çıxışı zamanı Ermənistan ordusunun Naxçıvana atəş açmasını təhlükəli adlandırmışdı. Əgər erməni ordusu bu təxribatı yenidən təkrar edərsə, bu Dağlıq Qarabağ savaşının başlamasına təkan verə bilərmi?Bu mövzu ilə bağlı NAXCİVANXEBERLERİ.COM-un əməkdaşı hərbi ekspert Üzeyir Cəfərlinin fikirlərini öyrənib.“Şəxsi düşüncəmə görə, Ermənistan hər zaman Naxçıvana qarşı çox çirkin və məkrli planlara malik olub. Onların imkanları və gücləri olsaydı, çoxdan blokada şəraitində olan muxtar respublikaya qarşı da öz havadarları vasitəsiylə ərazi iddialarını həyata keçirərdilər. Amma, çox qorxurlar və bu qorxunun da səbəbləri bəllidir. Əgər bu bədnam qonşularımız 90-cı illərin əvvəllərində Naxçıvana qarşı öz niyyətlərini həyata keçirə bilmədilərsə, bu gün bu arzu və ya istək onlara heç vaxt nəsib olmayacaq. Elə "DQR"-nın başkəsən və onlar üçün çox önəmli olan sabiq "müdafiə nazirləri" Samvel Babayanın son müsahibəsində hər şey çılpaqlığı ilə açıqlanıb. O açıq şəkildə etiraf edib ki, Naxçıvanda olan silahlar və döyüş ruhu çox qısa bir zamanda 42 kilometr məsafədə olan İrəvan üçün faciələr gətirə bilər.Aprel ayında Silahlı Qüvvələrimizin çox məhdud sayda şəxsi heyətlə düşmənin həmləsini dəf edərkən ortalığa qoyduğu nəticə bütün Ermənistanı şoka salmışdı. Qorxu və panik əhval-ruhiyyə hissi o qədər çox idi ki, Qarabağdan çox-çox uzaq olan Naxçıvanla sərhəddə belə yaşayan vətəndaşları da qorxu və təlaş içində idilər. Onlar başa düşürdülər ki, ermənilərin avantyürasının nəticəsi kimi, ola bilsin ki, cəbhəyanı kəndləri də yanlış siyasətin və ağılsızlığın qurbanına çevrilsinlər. Bir də, onlar zatən qorxaq olduqlarını, onun-bunun əlində alət olmasını bir daha özləri bilmədən də sübut etmiş oldular.