Naxçıvanla Çinin Urumçi şəhəri qardaşlaşır

Naxçıvanla Çinin Urumçi şəhəri qardaşlaşır
SİYASƏT
12:06 23.04.2025
152
Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri qardaşlaşır.
 
Bununla bağlı aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə sənəd imzalanıb.

Belə ki, Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Urumçi şəhərinin meri Yakub Paydulla "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu”nu imzalayıblar.
OXŞAR XƏBƏRLƏR