Rəqqasə Fatimə Fətəliyeva ilk dəfə Nazilə Səfərli ilə barışmasından danışıb.
AZXEBER.COM xəbər verir ki, o bu haqda "Günorta efirdəyik" verilişində söz açıb.
Fatimə artıq heç kəslə küsülü olmadığını deyib:
"Təki Nazilə xanımla xeyir işlərdə görüşək, mən onun atasının yasına getdim. Onun övladları məni gördülər, üstümə gəldilər, qucaqladılar, çox xoş qarşıladılar. İçim qəribə oldu. Nə üçün uşaqlarımız bizim səhvlərimizə görə üzülməlidir? Mən də orda olanda qızımı yığdım, Nazilə xanımla danışdılar. Çox sevindi, dedi ki, çox şükür barışdız. Günah heç vaxt tək tərəfli olmur, hər ikimiz günahkarıq. Küsülü olduğum hamı ilə barışmışam, içim çox rahatdır. Kənardan mən davakar insan kimi görünürəm, amma əslində qorxağam. Mənə əsəbi halımda dəyməsən, 5 dəqiqə sonra gəlib səni qucaqlayacağam".
Aysel










































