Nazim Hikmətin həbsxanadan həyat yoldaşı Pirayə xanıma yazdığı məktublar kitab şəklində buraxıldı.Bəzi məktubların çap-əlyazma nüsxəsi də ayrıca qutuda yerləşdirilib. Kitab Türkiyənin məşhur “Yapı Kredi Yayınları”nda buraxılıb.Məmməd Fuadın (Memet Fuat) nəşrə hazırladığı kitabda Nazim Hikmətin 1933-cü il noyabrın 11-dən 1949-cu il noyabrın 11-dək – düz 16 il boyunca Bursa həbsxanasından ömür yoldaşı Pirayə (Piraye) xanıma yazdığı 581məktub toplanıb.Cəmi 1000 nüsxə, “Nazım Hikmet'ten Piraye'ye Aşk Mektupları” adı ilə və özəl tərtibatla çap edilən bu kitab, ilk növbədə, ünlü şairin heyranlarına və sadəcə, kolleksiyaçılara ünvanlanıb. Kitabla birgə satılan ayrıca qutuda Pirayə xanıma ünvanlanmış 26 məktub özəl-gözəl əlyazma çapı biçimində diqqətə yetirilir. Xatırladaq ki, Nazim Hikmət ilə Pirayə xanımın sevgisi dillərdə dastan olub.Nazim Hikmət ən gözəl sevgi şeirlərini bu qadına həsr edib. 1935-ci ildən 1950-ci ilə qədər evli olublar. Pirayə xanımın ilk evlilikdən iki uşağ varmış. Bu illər Nazim Hikmətin həyatı ancaq həbsxanalarda keçib. Böyük şair 1963-cü ildə dünyasını dəyişib.Pirayə xanımdan sonra o iki dəfə evlənib. Pirayə xanım isə Nazimdən sonra ərə getməyib və 1996-cı ildə dünyadan köçüb. O, tarixə “bir dünya şairinə şeir yazdıran qadın” kimi düşüb. Bu qadın Nazimin şeir və məktublarını bir taxta qutuya qoyaraq saxlayıb...Aşağıda Nazim Hkmətin zindandan Pirayə xanıma yazdığı və sözügedən kitabda çap olunmuş “Karıma mektub” şeirini diqətinizə çatdırırıq:KARIMA MEKTUPBir tanem!Son mektubunda:“Başım sızlıyoryüreğim sersem!”diyorsun.“Seni asarlarsaseni kaybedersem;”diyorsun;“yaşayamam!”Yaşarsın karıcığım,kara bir duman gibi dağılır hatıram rüzgârda;yaşarsın, kalbimin kızıl saçlı bacısıen fazla bir yıl süreryirminci asırlardaölüm acısı.Ölümbir ipte sallanan bir ölü.Bu ölüme bir türlürazı olmuyor gönlüm.Fakatemin ol ki sevgili;zavallı bir çingeneninkıllı, siyah bir örümceğe benzeyen eligeçirecekse eğeripi boğazıma,mavi gözlerimde korkuyu görmek içinboşuna bakacaklarNâzım'a!Ben,alaca karanlığında son sabahımındostlarımı ve seni göreceğim,ve yalnızyarı kalmış bir şarkının acısınıtoprağa götüreceğim…Karım benim!iyi yürekli,altın renkli,gözleri baldan tatlı arım benim;ne diye yazdım sanaistendiğini idamımın,daha dava ilk adımındave bir şalgam gibi koparmıyorlarkellesini adamın.Haydi bunlara boş ver.Bunlar uzak bir ihtimal.Paran varsa eğerbana fanila bir don al,tuttu bacağımın siyatik ağrısı,Ve unutma kidaima iyi şeyler düşünmelibir mahpusun karısı.
/Azadlıq radiosu/