Nazir 22 nəfəri işdən çıxardı

Nazir 22 nəfəri işdən çıxardı
SOSİAL
10:22 22.05.2016
6924
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr və struktur dəyişiklikləri davam edir.
AZXEBER.COM xəbər verir ki, "APA-Economics"in əldə etdiyi məlumata görə, nazirliyin 22 regional səlahiyyətli nümayəndəsi tutduğu vəzifədən azad olunub. Bununla yanaşı, həmin struktur vahidləri ləğv olunub.
Həmin səlahiyyətli nümayəndələrin funksiyası nazirliyin strukturuna daxil olan regional qurumların fəaliyyətinə nəzarət etmək olub.
OXŞAR XƏBƏRLƏR