Nazir: "405 qaziyə əlillik təyinatı aparılıb"

Nazir: "405 qaziyə əlillik təyinatı aparılıb"
SOSİAL
21:30 29.04.2021
474
"Artıq 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir".

AZXEBER.COM-un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, indiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib: "Nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib".
OXŞAR XƏBƏRLƏR