Nazir: “Bu il Azərbaycana gələn turistlərin sayının 2 mln. nəfəri keçməsini istəyirik”

MARAQLI
11:23 02.03.2011
1780
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, il ərzində Azərbaycanda yeni turizm məkanlarının formalaşması üçün xüsusi proqramların hazırlanması nəzərdə tutulur: “Biz arzulayırıq ki, turizm ilinin nəticəsi kimi artıq növbəti illərdə zonalarda təsdiq olunmuş layihələr üzrə işlər davam etdirilsin və Azərbaycana gələn turistlərin sayı çoxalsın. Ötən il Azərbaycana ilk dəfə olaraq 1 mln. 900 min nəfərdən artıq əcnəbi gəlib, onlardan 1 mln. 500 min nəfərdən çoxunu turist kimi qəbul etmişik. 2011-ci ildə Azərbaycana gələn turistlərin sayında 2 mln. nəfəri aşmaq istəyirik. Bu ilin sonuna kimi Azərbaycana 2 mln. ziyarətçi gəlsə, növbəti beş il müddətində 3 mln. nəfərdən də artıq olmasını nəzərdə tuturuq”.

OXŞAR XƏBƏRLƏR