Nazir açıqladı: Qəzzadan daha 61 xəstə Türkiyəyə gətirilir

Nazir açıqladı: Qəzzadan daha 61 xəstə Türkiyəyə gətirilir
DÜNYA
06:54 20.11.2023
180
Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzadan Misirə köçürülən 61 xəstənin müalicələrini davam etdirmək üçün səhər saatlarında Ankaraya gətiriləcəyini açıqlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Fahrettin Koca Qəzzadan Türkiyəyə 61 xəstə və daha 49 vətəndaşın gətiriləcəyini açıqlayıb. 

Nazir "X” sosial media hesabında məsələ ilə bağlı açıqlamasında bunları deyib: 

"61 xəstə bu axşam Qəzzadan Misirə köçürüldü. Gecəni El-Arişdəki xəstəxanada keçirəcək xəstələrin səhər saatlarında təyyarə ilə Ankaraya gətirilməsi planlaşdırılır. Qəzzadan gələn hər xəstənin müalicəsi bizim borcumuzdur. Bu yaxınlarda Qəzzadan olan 27 xərçəng xəstəsi və onların 13 yoldaşı Türkiyə yük təyyarəsi ilə Ankaraya gətirilərək Bilkent Şəhər Xəstəxanasında müalicələrini davam etdirmək üçün palatalara yerləşdirilib”.

Gülay
OXŞAR XƏBƏRLƏR