Nazir Bakıda sökülən tarixi binalardan danışdı

Nazir Bakıda sökülən tarixi binalardan danışdı
SOSİAL
15:14 31.05.2016
1348
Əslində, şəhər inkişaf edir. Tarixi abidələr isə sökülmür, müvafiq qaydalara uyğun olaraq qorunur. Ancaq orada elə binalar var ki, mütəxəssislərin rəyi və nazirliyin qərarı ilə onların adı qorunan binaların siyahısından çıxarılıb.
Bunu "Sovetski" adlanan qədim məhəllədə tarixi abidələr siyahısında olan binaların qorunan obyektlər siyahısından çıxarılması və sökülməsi ilə bağlı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev musavat.com-a açıqlamasında deyib.
Nazirin sözlərinə görə, sökülmə prosesindən əvvəl Elmlər Akademiyasının mütəxəssisləri, Fövqəladə Hallar Nazirliyinin müvafiq tikintiyə nəzarət şöbəsinin işçiləri o binalara baxış keçiriblər, sonradan bu qərar qəbul olunub.
"Bu, göydəndüşmə və ya birdən-birə kiminsə ağlına gələn qərar deyil. Onların sırasında elə binalar da var ki, artıq dayanıqlığını itirib, ancaq onların bəzi elementləri memarlıq baxımından əhəmiyyət kəsb etdiyindən xüsusi qrupun nəzarəti altında çıxarılacaq, sistemləşdiriləcək və onlar ayrıca bir yerdə saxlanılacaq.
Hələ ki biz bunu belə nəzərdə tutmuşuq. Orada söküntü prosesi bitib, tikinti layihələri, inkişaf başlayanda həmin elementlərin bu ərazidə və ya ayrıca bir yerdə saxlanılması, hansısa binalarda istifadə olunması, onların haqqında ayrıca məlumatların yazılması və çatdırılması, o binaların fotolarının qoyulması (yəni vaxtilə bu yerdə belə bir bina var idi), bununla yanaşı olaraq müvafiq elementlərin də göstərilməsi nəzərdə tutulur", - deyə, nazir bildirib.
Ə.Qarayev qeyd edib ki, mütəxəssislər o binaların içinə də baxıblar, dayanıqlığını yoxlayıblar.
"Bu, bir günün prosesi deyil. Bu məhəllədə ("Sovetski") olan şəraitlə hamımız tanış idik, bütün Bakı sakinləri oranın vəziyyətini kifayət qədər tanıyırdı. Bu ziddiyyətlər hər yerdə var, hər zaman da olacaq.
Çünki yeniliklər gəlir, nəqliyyat sistemi inkişaf edir, belə qərarların çıxarılmasına ehtiyac olur. Yenə də təkrar edirəm, mən özüm də, mütəxəssislərimiz də hər binanın aqibətinə çox böyük hörmətlə və məsuliyyətlə yanaşırıq. Harada imkan varsa, çalışırıq orada heç nə sökülməsin.
Yeri gəlmişkən, bir məsələyə toxunmaq istəyirəm. Məlumat gedir, guya Memarlar İttifaqının binası da söküləcək. Kimdir onu sökən?!
O elə binadır ki, sökülməsi heç kimin ağlına da gələ bilməz. Ancaq bir-iki bina var idi ki, girişi gözəl idi, lakin siz onun içini, yan və arxa hissəsini, çat vermiş divarlarını görsəydiniz, deməzdiniz ki, burada yaşamaq mümkündür", - deyə, nazir bəyan edib.
Həmin binaların bərpa olunması imkanları barədə sualı cavablandıran nazir Qarayevin sözlərinə görə, o binaları ki bərpa etmək olar, onların üzərində ayrıca bir layihələndirmə gedəcək və bərpa olunacaq:
"Bu, indinin söhbəti deyil. Biz sabah da, birigün də belə faktlarla rastlaşacağıq. Bu, daimi prosesdir. Sabah başqa bir yerdə inkişaf gedəcək və orada hansısa problem ortalığa çıxacaqsa, siyahıda olan binanın sökülməsi gündəmə gələcək.
Yenə onun üzərində də mübahisə gedəcək, fikir mübadiləsi aparılacaq, mütəxəssislər yoxlayacaq. Bu proses həmişə gedəcək. Bu, təkcə Bakıda yox, bütün dünyada gedən prosesdir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ordubadın 25 kəndi işıqsız qalacaq
21:55 24.09.2025
Ordubadın 25 kəndi işıqsız qalacaq
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
21:44 24.09.2025
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
21:37 24.09.2025
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
21:32 24.09.2025
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb
21:19 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb
Baş nazir: "Bolqarıstan 2026-cı ildə Rusiya qazından imtina edəcək"
21:10 24.09.2025
Baş nazir: "Bolqarıstan 2026-cı ildə Rusiya qazından imtina edəcək"
“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ
20:52 24.09.2025
“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
20:44 24.09.2025
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
20:40 24.09.2025
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
20:26 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
İmişlidə toyda zəhərlənənlərin son durumu
20:23 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin son durumu
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
20:18 24.09.2025
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
20:09 24.09.2025
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
19:57 24.09.2025
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
19:53 24.09.2025
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
19:53 24.09.2025
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər