Nazir baş həkimi işdən çıxardı - yeni vəzifə verdi

Nazir baş həkimi işdən çıxardı - yeni vəzifə verdi
SOSİAL
15:43 22.02.2018
3480
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılıb.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, o, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

İ.Mirzəliyev artıq yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, İsmayıl Mirzəliyev bundan əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib.

OXŞAR XƏBƏRLƏR