Nazir bir il sonra polkovnikin yerinə kapitanı rəis təyin etdi

Nazir bir il sonra polkovnikin yerinə kapitanı rəis təyin etdi
SOSİAL
10:17 14.04.2026
815
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib. 

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət kapitanı Ramil Adilzadə həmin vəzifəyə təyin olunub. 

Qeyd edək ki, ötən ilin aprel ayında İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant İlkin Cəfərov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. 
 
Qaynarinfo
OXŞAR XƏBƏRLƏR