Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi

Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi
SOSİAL
11:06 01.04.2026
350
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktoru vəzifəsindən azad olunub. 
 
Mətanət Tələt qızı Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib, yerinə direktor əvəzi, həmin səhiyyə müəssisənin baş həkimi Əliyeva Nurlana Vilayət qızı gətirilib.

Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb. 

Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq xəbəri təsdiqləyiblər. 

Qeyd edək ki, Mətanət Əfəndiyeva 22 yanvar, 2024-cü ildə  Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor təyin olunmuşdu.
 
///Qaynarinfo
 

 


OXŞAR XƏBƏRLƏR