"Nazir dedi ki, müəyyən vaxtdır, heç kəsə Fəxri ad verilmir. - Zamfira Sadıxova

"Nazir dedi ki, müəyyən vaxtdır, heç kəsə Fəxri ad verilmir. - Zamfira Sadıxova
MAQAZİN
10:39 21.03.2025
603

"Mən Əməkdar artistəm, Xalq artisti adı istəyirdim. Xahiş etdim, nazir dedi ki, müəyyən bir vaxtdır, heç kəsə Fəxri ad verilmir".

AZXEBER.COM xəbər verir ki, bunu aktrisa Zemfira Sadıxova OLAY-a açıqlamasında deyib.

O bildirib ki, Mədəniyyət naziri Adil Kərimli ilə görüşdə Xalq artisti adı ilə bağlı xahiş edib:

"Xahişim Xalq artisti adı ilə əlaqədar idi. Mən Əməkdar artistəm, Xalq artisti adı istəyirdim. Xahiş etdim, nazir dedi ki, müəyyən bir vaxtdır, heç kəsə Fəxri ad verilmir. Ona görə də sizə ad verə bilmirik. İnanmıram ki, yaxın zamanda gündəmə gəlsin. Əgər bu müddət ərzində yığışdırılıbsa, deməli heç olmayacaq”.

Aktrisa qeyd edib ki, daha öncə ev verilməsi ilə bağlı xahiş edib, verilməyib:

"25 ildir qızımın evində qalıram. Çünki ürəyimdən əməliyyat olunanda evimi satmışdım. Qızımın evində qalmağa məcbur idim. Ev də vermədilər. Getmişdim ki, bəlkə Xalq artisti adı verərlər. Mənə 1970-ci ildə Minsk şəhərində ən yaxşı aktrisa oyununa görə fəxri mükafat vermişdilər. "Dəli Kür”dəki Mələk obrazına görə...

Sonra bir çox xarici filmlərin dublyajında yer almışam, Gürcüstanda, Azərbaycanda, Moskvada filmlərə çəkilmişəm. 85 yaşım var, kino fəaliyyətimin 60 illiyidir. Axırıncı dəfə 2019-da "Qış nağılı” filminə çəkilmişəm, vəssalam. O qədər filmlərdir. Yəqin ki, bu da mənim bəxtimdən asılıdır. Bu yaşa gəlib çatdım, Xalq artisti adı ala bilmədim. Bu qədər Xalq artistləri var, heç camaat tanımır, məni isə tanıyırlar, sevirlər. Nazir özü dedi ki, Zemfira Sadıxova brenddir. Sağ olsun, qiymətləndirdi, başa düşdü. Bilir ki, mən necə sənətkaram. Xarici görünüşdən danışmıram, göz qabağındadır”.


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
G7 Rusiyaya qarşı sanksiyaları gücləndirir
18:13 01.10.2025
G7 Rusiyaya qarşı sanksiyaları gücləndirir
Xankəndi məktəbinin direktoru işdən çıxarıldı
18:09 01.10.2025
Xankəndi məktəbinin direktoru işdən çıxarıldı
“”Qarabağ” bu hesabla qalib gələcək” - Aqil Abbas proqnozunu açıqladı
17:50 01.10.2025
“”Qarabağ” bu hesabla qalib gələcək” - Aqil Abbas proqnozunu açıqladı
Naxçıvanda anasının qətlində ittiham edilən şəxsə hökm oxunub
17:33 01.10.2025
Naxçıvanda anasının qətlində ittiham edilən şəxsə hökm oxunub
MEDİA “TRT”nin əməkdaşının Qəzzada həlak olması ilə bağlı başsağlığı verib
17:11 01.10.2025
MEDİA “TRT”nin əməkdaşının Qəzzada həlak olması ilə bağlı başsağlığı verib
Gürcüstanda seçkiyə 3 gün qaldı: Qonşu ölkədə nə gözlənilir?
17:08 01.10.2025
Gürcüstanda seçkiyə 3 gün qaldı: Qonşu ölkədə nə gözlənilir?
"Survivor"un iştirakçısı məşhur aktyorun anası vəfat etdi
17:02 01.10.2025
"Survivor"un iştirakçısı məşhur aktyorun anası vəfat etdi
“Qırmızı Körpü”də gömrükdən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
16:56 01.10.2025
“Qırmızı Körpü”də gömrükdən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
"İtaliya-Azərbaycan Universiteti aparıcı təhsil ocaqlarından birinə çevriləcək"
16:54 01.10.2025
"İtaliya-Azərbaycan Universiteti aparıcı təhsil ocaqlarından birinə çevriləcək"
"Muğam müsabiqəsinin iştirakçılarının hər uğurunda bizim imzamız var" - Xalq artisti
16:54 01.10.2025
"Muğam müsabiqəsinin iştirakçılarının hər uğurunda bizim imzamız var" - Xalq artisti
“Burada oxuyan tələbələrin gələcəyi İtaliya ilə bağlı olacaq”
16:53 01.10.2025
“Burada oxuyan tələbələrin gələcəyi İtaliya ilə bağlı olacaq”
Prezident: Azərbaycan, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışıb
16:40 01.10.2025
Prezident: Azərbaycan, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışıb
Sercio Mattarella: Bu universitet Azərbaycan ilə İtaliya arasında artan dostluğu əks etdirir
16:38 01.10.2025
Sercio Mattarella: Bu universitet Azərbaycan ilə İtaliya arasında artan dostluğu əks etdirir
THY İrəvana uçuşlara başlayır: Ermənistanla münasibətlər yeni mərhələyə keçir
16:20 01.10.2025
THY İrəvana uçuşlara başlayır: Ermənistanla münasibətlər yeni mərhələyə keçir
Zakir Həsənov İtaliya tərəfinə başsağlığı verib
16:16 01.10.2025
Zakir Həsənov İtaliya tərəfinə başsağlığı verib
Bir qrup tanınmış jurnalist Özbəkistan Jurnalistlər İttifaqının fəxri üzvü seçildi - FOTO - VİDEO
16:14 01.10.2025
Bir qrup tanınmış jurnalist Özbəkistan Jurnalistlər İttifaqının fəxri üzvü seçildi - FOTO - VİDEO