Nazir: Ermənistan konstitusiyasında dəyişikliklərin vacibliyi dəfələrlə sübut olunub

Nazir: Ermənistan konstitusiyasında dəyişikliklərin vacibliyi dəfələrlə sübut olunub
SİYASƏT
17:55 26.12.2025
118
Azərbaycan Ermənistan konstitusiyasında dəyişikliyin vacibliyi ilə bağlı həm ikili danışıqlarda, həm də beynəlxalq instansiyalar vasitəsilə ortaya qoyduğu mövqeyinin əsaslı olduğunu dəfələrlə sübut edib.

AZXEBER.COM xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatının təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Azərbaycanın bununla bağlı mövqeyi reallığa əsaslanır:

"Ermənistanın bu dəyişikliyi necə edəcəyi onun öz daxili işidir. Burada bizim üçün əsas olan Ermənistan konstitusiyasında Müstəqillik Aktına olan istinaddır. Bu məsələ bizim üçün hələ də önəmli olaraq qalır. Bu dəyişiklik nə qədər tez olarsa, müsbət addımlara da bir o qədər tez təsir edər".

OXŞAR XƏBƏRLƏR