Nazir: "Ermənistanın XİN başçısı ilə yeni telefon danışığımız istisna deyil"

Nazir: "Ermənistanın XİN başçısı ilə yeni telefon danışığımız istisna deyil"
SİYASƏT
15:55 26.05.2022
295
"Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı əldə olunmuş razılıqların icrasını təmin etməklə bağlı idi".

AZXEBER.COM xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni telefon danışığının tarixi təyin edilməyib: "Lakin telefon danışığı istisna edilmir".

C.Bayramov söyləyib ki, Azərbaycan postmünaqişə dövründə Ermənistanla münasibətləri normallaşdırma üzrə addımlar atıb: "Azərbaycan bunun üçün sistemli addımlar atır. Ermənistandan konkret addımlar gözləyirik".

Qeyd edək ki, C.Bayramovla A.Mirzoyan arasında sonuncu telefon danışığı aprelin 25-də olub.
OXŞAR XƏBƏRLƏR