Bu barədə jurnalistlərə açıqlamsında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. "Almaniyada keçirilən müsabiqə ilə bağlı oraya 100 min turist gəlmişdi. Ancaq Almaniya Avropanın mərkəzidir. Orada infrastruktur daha genişdir", deyə nazir əlavə edib.
Nazirin sözlərinə görə, bu günki vəziyyət Azərbaycanın bu müsabiqəni layiqincə keçirmək üçün bütün lazımı şəraiti yaradacağını göstərir: "Bu il daha 6 beşulduzlu otel istismara veriləcək. Bununla yanaşı biz o qədər də baha olmayan üçulduzlu otellərin və motellərin inşası üçün xüsusi şərait yaradırıq".