Nazir 'facebook'la sualları cavablandırıb - FOTOLAR

Nazir
İQTİSADİYYAT
16:00 24.05.2013
2151
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə vətəndaşlar tərəfindən ünvanlanan müraciətləri cavablandırıb.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qeydə alınmış ümumilikdə 70-ə yaxın artıq müraciətin cavablandırılması zamanı onların bir qisminin sorğu xarakterli olmaları səbəbindən həmin müraciətlərin müəlliflərinə izahat məzmunlu cavablar göndərilib. Digər bir sıra müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılması və nəticədən asılı olaraq müvafiq tədbirlər görülməsi barədə aidiyyati struktur bölmələrinə tapşırıq verilib və bu barədə müraciət müəllifləri məlumatlandırılıb.Bir qism müraciətlərdə isə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər ifadə olunduğundan onların aidiyyatı üzrə qurumlara göndərilməsi tövsiyə olunub. Müraciətlərə baxılması zamanı ayrı-ayrı vətəndaşların xahişi nəzərə alınaraq onların aktiv sosial müdafiə tədbiri olan “Özünədəstək” proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olub-olmamalarının araşdırılması tapşırılıb.Tədbirin davamı kimi, nazir Fizuli Ələkbərov Gəncə bölgəsində yaşayan daha 4 nəfər vətəndaşı videokonfrans sistemi vasitəsilə distant formada qəbul edib. (Həmin şəxslərdən biri Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə nazirə müraciət etmişdi.)Bu tədbir, habelə 22 may saat 15:00-dan 23 may saat 15:00-a kimi müraciətlərin qəbul ediləcəyi barədə əvvəlcədən KİV-də məlumatlar yerləşdirilib. Son iki gün ərzində bu xəbər təkcə nazirliyin rəsmi facebook səhifəsi üzrə ümumilikdə 10 500-dən çox izləyici tərəfindən oxunub, belə tədbirin təşkili 4200-dək izləyici tərəfindən bəyənilib, habelə 90-a yaxın təşəkkür mesajı qeydə alınıb. Ümumilikdə 100-ə yaxın müraciət ünvanlansa da, onların bir qismi müraciətin məzmununun anlaşılmaması, müraciət müəllifinin ad və soyadının, ünvanının bildirilməməsi, yaxud tam ifadə olunmaması və s. səbəblərdən qəbul edilməyib.Qeyd edək ki, sosial şəbəkə vasitəsilə vətəndaş müraciətlərinin qəbul olunaraq cavablandırılması bu sahədə ilk addım olmaqla, vətəndaşların nazirliyə, habelə nazirliyin rəhbər şəxslərinə müraciət imkanlarının genişləndirilməsi istiqamətində görülən növbəti işlərdən biridir. Bununla yanaşı, nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə vətəndaş qəbulları, habelə videokonfrans sistemi ilə distant formada qəbullar keçirilir, eyni zamanda, 142-Qaynar xətt, [email protected]/* */ və www.mlspp.gov.az sayti vasitəsilə vətəndaşların müraciətləri cavablandırılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər