"Eurovision” təmsilçilərindən olan Safurə Əliyevanın ad günü olub.
AZXEBER.COM-un Axşam.az-a istinadən məlumatına görə, keçmiş müğənni özəl gününü İstanbulda yaxınları ilə birlikdə qeyd edib.
S.Əliyeva həyat yoldaşı, Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə fotolarını izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Safurə ailə qurduqdan sonra müğənnilik fəaliyyətinə son qoyub. O, bir müddət "Baku” adlı mahnısını təqdim edib.
Safurə və Fərhad cütlüyünün bir oğlan övladı var.





