"Hər 4 müəllimdən birinin maaşı 1000 manatdan artıqdır" - Nazir

"Hər 4 müəllimdən birinin maaşı 1000 manatdan artıqdır" - Nazir
SOSİAL
15:28 27.02.2023
154
Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği 3 dəfə artıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.

O bildirib ki, sonuncu artımla müəllimlərin orta aylıq əmək haqqı 790 manata çatıb: "İki-üç ildən sonra müəllimlərin orta aylıq maaşının 1000 manatdan yuxarı olacağını gözləyirik. Hazırda 4 müəllimdən birinin maaşı 1000 manatdan artıqdır".

Qeyd edək ki, fevralın birindən diaqnostikası aparılan müəllimlərin maaşı 10 faiz artıb.

OXŞAR XƏBƏRLƏR