Nazir İmran Mustafayevi Türkiyədə nümayəndə təyin etdi

Nazir İmran Mustafayevi Türkiyədə nümayəndə təyin etdi
SOSİAL
12:05 31.03.2023
114
Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki İmran Mustafayev vəzifəsindən azad edilib.

"Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə polis polkovniki İmran Mustafayev Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində DİN-in nümayəndəsi təyin edilib.
Hələlik Azərbaycanın Gürcüstandakı səfirliyinin DİN nümayəndəsinin rəhbəri vəzifəsinə təyinat olmayıb. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.
OXŞAR XƏBƏRLƏR