Səlim Müslümov: "Nazir kimi səhlənkarlıq etmişəm"

Səlim Müslümov: "Nazir kimi səhlənkarlıq etmişəm"
SOSİAL
16:21 05.09.2022
325
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktının elanı başa çatıb.

Məhkəmə Səlim Müslümova sərbəst ifadə verməyi təklif edib. Səlim Müslümov verilmiş ittihamlarla özünü təqsirli bildiyini desə də israf etməklə bağlı hissə ilə razı olmadığını bildirib.

Sabiq nazir bildirib ki, israf etmə kimi hesablanmış ziyanın ödənilməmiş 7 milyon manat hissəsi onun günahı deyil. O həmin məbləğin tenderlərdə qalib gələn şirkətlərin israf etdiyini qeyd edib:

"Mən nazir kimi səhlənkarlıq etmişəm, amma işlərin görülməsi zamanı tenderlərdə qalib gələn şirkətlər də üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməyiblər".

Səlim Müslümov hazırki mərhələdə sərbəst ifadə vermək istəməyib.

Proses sentyabrın 12-ə təyin olunub.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov ibtidai istintaq zamanı Ümumilikdə Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
19:40 19.07.2025
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
19:39 19.07.2025
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
19:36 19.07.2025
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
Prezident  Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
19:31 19.07.2025
Prezident Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
19:29 19.07.2025
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
Prezident: Biz Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq
19:25 19.07.2025
Prezident: Biz Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq
Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun
19:20 19.07.2025
Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun
Dövlət başçısı: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır
19:18 19.07.2025
Dövlət başçısı: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır
İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb
19:12 19.07.2025
İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb
İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir
19:08 19.07.2025
İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir
Prezident: Qərbdə mətbuatın Azərbaycanla bağlı ictimai rəyə təsiri ədalətsizdir
19:04 19.07.2025
Prezident: Qərbdə mətbuatın Azərbaycanla bağlı ictimai rəyə təsiri ədalətsizdir
Vyetnamda turist gəmisi aşıb,18 nəfər öldü
19:01 19.07.2025
Vyetnamda turist gəmisi aşıb,18 nəfər öldü
Azərbaycan Prezidenti: Bakı ilə Pekin arasında qarşılıqlı əlaqələrin səviyyəsini çox yüksək qiymətləndirirəm
18:52 19.07.2025
Azərbaycan Prezidenti: Bakı ilə Pekin arasında qarşılıqlı əlaqələrin səviyyəsini çox yüksək qiymətləndirirəm
Prezident: Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir
18:46 19.07.2025
Prezident: Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir
Bakıda 26 nömrəli marşrutun avtobusları yenilənir
18:32 19.07.2025
Bakıda 26 nömrəli marşrutun avtobusları yenilənir
İlham Əliyev: ABŞ-la yenidən dost münasibətlərinə ümid edirik
18:28 19.07.2025
İlham Əliyev: ABŞ-la yenidən dost münasibətlərinə ümid edirik