Nazir Lapşinin ekstradisiyasından danışdı: "Məni hiddətləndirir”

Nazir Lapşinin ekstradisiyasından danışdı: "Məni hiddətləndirir”
SİYASƏT
16:15 09.02.2017
1014
 
"Aleksandr Lapşinin məsələsinin gərəksiz siyasiləşdirilməsi məni hiddətləndirir və təəccübləndirir”.
APA-nın məlumatına görə, bu sözləri "RİA Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. 
Nazir bildirib ki, həmin şəxs qanunları pozub və müvafiq olaraq hüquqi əsasla cinayət işi başladılıb: "Onu hər dəfə bloger adlandırırlar. Əgər o mühəndis olsaydı, onunla maraqlanardılar? Hər şey qanun çərçivəsində edilib. Bloger olması ilə bağlı spekulyasiyalar əsas vermir ki, o, qanun qarşısında toxunulmaz olsun”. 
OXŞAR XƏBƏRLƏR