Nazir müavini təyin edilən Ağakərim Səmədzadə kimdir? - DOSYE

Nazir müavini təyin edilən Ağakərim Səmədzadə kimdir? - DOSYE
SOSİAL
10:51 14.05.2026
916
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.

A.Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

AZXEBER.COM xəbər verir ki, Ağakərim Səmədzadə bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.

Belə ki, o, Ədliyyə Nazirlihyində İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin rəisi vəzifəsində çalışıb.

2015-ci ilin noyabrında Ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə təltif edilən vəzifəli şəxslər sırasında A.Səmədzadə də olub. O, "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülüb.

Ağakərim Səmədzadə 2024-cü ilin mayında Aədliyyə Nazirliyindəki vəzifəsindən azad edilib.
OXŞAR XƏBƏRLƏR