“Qızıl Qaya”da 4 nəfər zəhərləndi

“Qızıl Qaya”da 4 nəfər zəhərləndi
SOSİAL
13:53 01.11.2026
122
Oktyabrın 31-də Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya” restoranında kütləvi qida zəhərlənməsi şübhəsi ilə 4 qadın xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Məlumata əsasən, saat 20:15 radələrində Mərkəzə Nizami rayonu ərazisindən çağırış daxil olub.
Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadaları tərəfindən 4 qadın zəhərlənmə şübhəsi ilə Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi modul tipli xəstəxanaya hospitalizasiya olunub.
OXŞAR XƏBƏRLƏR