Nazir müavini: "Exit-poll"a mane olan tədbirlərin qarşısı dərhal alınacaq

Nazir müavini: "Exit-poll"a mane olan tədbirlərin qarşısı dərhal alınacaq
SOSİAL
12:58 20.12.2023
183
"Dairə və məntəqə seçki komissiyalarının polisin səlahiyyətləri çərçivəsində qaldırdığı məsələlər aktiv şəkildə həllini tapacaq”.

AZXEBER.COM APA-ya istindən xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, "exit-poll"a mane olan tədbirlərin qarşısı dərhal alınacaq:
"Səsvermə başa çatdıqdan sonra bülletenlərin sayılması prosesində məntəqələrin mühafizəsi təmin ediləcək. Bütövlükdə DİN-in şəxsi heyəti qarşıya qoyulmuş bütün vəzifələri tam həcmdə yerinə yetirəcək”.
OXŞAR XƏBƏRLƏR