"Çinlə Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən COVID-19 pandemiyasına qarşı istifadə üçün ilk peyvənd partiyasını qəbul edirik. Bu, çox önəmli hadisədir”.
AZXEBER.COM-un xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib.
Onun sözlərinə görə, beynəlxalq aləmdə peyvəndlər ədalətsiz şəkildə bölüşdürülür və belə bir vəziyyətdə vaksin ölkəmizə vaxtında gətirilib: "Bu da cənab Prezident tərəfindən aparılan siyasətin nəticəsidir”.