Nazir müavini: “Məsul şəxslərə ən ağır cəza veriləcək”

Nazir müavini: “Məsul şəxslərə ən ağır cəza veriləcək”
SOSİAL
18:28 15.07.2021
512
"Lənkəranın Haftoni kəndi yaxınlığındakı meşə ərazisində ağacların kəsilməsi ilə bağlı aparılan araşdırma və yoxlamaların nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu işə məsul olan şəxsləri barəsində işdən azad olunmayadək ən ağır cəza tədbirləri görüləcək”.

AZXEBER.COM xəbər verir ki, bu barədə ADA Universitetində DANMA-nın təşkilatçılığı ilə "Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

O qeyd edib ki, sözügedən ərazidəki ağacların kəsilməsi faktlarının araşdırılması, mübahisəli məqamların aydınlaşdırılması və bu məsələdə günahkar şəxslərin məsuliyyətinin müəyyən olunması məqsədilə aparılan yoxlamalar başa çatmaq üzrədir.
OXŞAR XƏBƏRLƏR