Nazir müavini təyin edilən Rəşad Mustafayev kimdir? - DOSYE

Nazir müavini təyin edilən Rəşad Mustafayev kimdir? - DOSYE
SOSİAL
17:45 17.04.2025
509
Prezident İlham Əliyevin Sərəncamı ilə Rəşad Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. 

AZXEBER.COM Rəşad Mustafayevin dosyesini təqdim edir.

1978-ci ildə anadan olub. 

1998-ci ildə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistr, 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin bakalavr, 2018-ci ildə İspaniyada Empreza Universitetinin Biznes məktəbinin MBA proqramı üzrə magistr pilləsini bitirib.

2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə "Cənub Qaz Dəhlizi" QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Baş direktoru olub.
OXŞAR XƏBƏRLƏR